Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyev 3 fərman imzaladı

06.11.2025 16:12

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Primeinfo.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 965 (Cild I); 2025, № 8, maddə 762) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nın 3.4-cü bəndindən “, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma müqaviləsi bağlanmış və” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanın mətni ilə BURADAN tanış ola bilərsiniz.

***

Prezident İlham Əliyev “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 avqust tarixli 190 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Fərmanın mətni ilə BURADAN tanış ola bilərsiniz.

 

Paylaş: