Xəbər axtarın

Son axtarış nəticələri:

İmamoğlu 2352 ilədək azadlıqdan məhrum edilə bilər

25.11.2025 15:03

İstanbul bələdiyyəsində korrupsiya işi ilə bağlı ittihamnamə məhkəmə tərəfindən qəbul edilib.

Primeinfo.az bu barədə “TRT Haber”ə istinadən bildirir.

Məlumata görə, İstanbulun sabiq meri Ekrem İmamoğlu ilə əlaqədar aparılan istintaq çərçivəsində məhkəmə 402 şübhəliyə, o cümlədən həbsdə olan 105 şəxsə qarşı ittihamnamə qəbul edib.

İttihamnaməyə görə, İmamoğlu üçün 828 il 2 aydan 2352 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunur.

 

Paylaş: