
Kəlbəcərdə açıq ərazidə baş verən yanğın hadisəsi genişlənərək Laçın rayonunun ərazisinə keçib.
Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hazırda yanğın hadisəsi Laçın rayonunun adsız yüksəkliklərində quru ot massivində davam edir.
Yanğın olan əraziyə FHN-in Laçın, Kəlbəcər, Gəncə və Tərtər yanğınsöndürən bölmələrinin əməkdaşları cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.