Xəbər axtarın

Son axtarış nəticələri:

KTMT-yə üzv ölkələrin liderləri Bişkekdə bir sıra sənədlər imzalayıblar

27.11.2025 13:12

Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTMT KTŞ) iclası keçirilib. İclasın yekunlarına əsasən, dövlət başçıları KTMT-nin ali orqanının bəyannaməsini imzalayıblar.

Primeinfo.az bu barədə təşkilata istinadən bildirir.

Məlumata görə, Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistan liderləri iştirakçı ölkələrin kollektiv təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aktual məsələləri müzakirə edib, 2025-ci ildə KTMT-nin əsas fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin yekunlarını nəzərdən keçiriblər.

Qarşıdakı dövr üçün fəaliyyət prioritetləri müəyyən edilib.

İclas zamanı Qırğızıstan nümayəndəsi Taalatbek Masadıkovun 1 yanvar 2026-cı il tarixindən etibarən üç il müddətinə KTMT-nin baş katibi təyin edilməsi ilə bağlı qərar təsdiqlənib. Bundan əlavə, dövlət başçıları kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsinə yönəlmiş digər sənədləri də imzalayıblar.

 

 

 

Paylaş: