
“Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq”.
Primeinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Qeyd edib ki, qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib:
“2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır. İqtisadi artıma və biznesə vergi güzəştləri davam etdirilir”.
Nazirin sözlərinə görə, aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq.