Xəbər axtarın

Son axtarış nəticələri:

Millət vəkili: “Üzümü sizə tuturam, özünüzü yığışdırın!” – VİDEO

14.11.2025 12:49


“Paşinyan bildirib ki, Zəngəzur dəhlizinin tikintisinə 2026-cı ilin ikinci yarısından başlanılacaq. Həmin müddətədək layihələndirmə işi həyata keçiriləcək. Aydın məsələdir ki, bununla bağlı ABŞ Ermənistana təzyiq edir ki, götürdüyünüz öhdəliyi yerinə yetirin. Biz də səbrlə gözləyirik”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elşad Musayev Prime TV-nin “Qırmızı Masa” verilişində bildirib.

Buna baxmayaraq, o, müəyyən məsələlərdən narahat olduğunu vurğulayıb:
“Ənənəvi olaraq ermənilər anklav dedi, bizimkilər də “su gəlməmiş çırmanırlar”. Mən də üzümü sizə tuturam ki, Azərbaycan torpağını kiminləsə dəyişməklə bağlı cəfəng ideyalarınızı yığışdırın. Siz kimsiz, sizə bu haqqı kim verib? Azərbaycan dövləti, xalqı adından ərazi dəyişməklə bağlı başınızdan böyük səhvlər edirsiz?

Azərbaycan bir qarış torpağını da heç kəsə verən deyil. Hamı özünü yığışdırsın! Bu anklav məsələsini gündəmdən yığışdırın. Ermənilərdən çox burada ermənilik edənlər var. Bəlkə də onlar Rusiyanın, ya da Qərbin agent şəbəkəsinin üzvləridir”, – millət vəkili bildirib.

Bu və digər mövzularda daha ətraflı “Qırmızı masa” verilişində:

Paylaş: