Xəbər axtarın

Son axtarış nəticələri:

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi – 2 nəfər yaralandı

15.11.2025 20:48

Naxçıvan-Sədərək magistralında ağır yol qəzası baş verib.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı “Hunday” markalı avtomobillə “Mersedes” toqquşub.

Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarəti alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Paylaş: