Xəbər axtarın

Son axtarış nəticələri:

OPEC dünya neft bazarı üzrə yeni proqnozlarını açıqladı  

12.11.2025 21:52

OPEC 2025-ci ildə neftə tələbatın artım tempi proqnozunu gündəlik 1,3 milyon barel, 2026-cı ildə isə 1,38 milyon barel səviyyəsində saxlayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir.

Hesabata əsasən, bu il tələbin həcmi gündəlik 105,14 milyon barel, 2026-cı ildə isə 106,52 milyon barel təşkil edəcək.

Cari ilin rübləri üzrə dünyada neftə olan tələbat göstəricilərində cüzi dəyişikliklər olub: birinci rübdə tələb 104,26 milyon barel, ikinci rübdə 104,21 milyon barel, üçüncü rübdə 105,49 milyon barel, dördüncü rübdə isə 106,57 milyon barel səviyyəsində qiymətləndirilir.

Paylaş: