
Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.
Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
O, sosial şəbəkələrdəki hesabında rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının proporsional siyahı çərçivəsində onun namizədliyinin irəli sürülməsini təsdiqləyən məktubun ekran görüntüsünü dərc edib.
Seçkilərdə iştirak etmək barədə bəyanatları ikinci prezident Robert Köçəryan, keçmiş ombudsman Arman Tatoyan və “Öz yolumuzla” hərəkatı da verib. Sonuncunun ideya lideri isə iyunun 18-dən həbsdə olan biznesmen Samvel Karapetyandır.