Xəbər axtarın

Son axtarış nəticələri:

Penitensiar xidmətdə vəzifəli şəxslər işdən azad edildi

26.11.2025 15:59

Vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubov və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayev ədliyyə orqanlarından xaric edilərək onların qulluq keçmələrinə xitam verilib.

Primeinfo.az xəbər verir ki, bununla bağlı Ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Bununla yanaşı, xidməti vəzifələrinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən edilmiş əsas öhdəliklərini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar xidmətin bir qrup əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb.

Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumatı APA-ya təsdiqləyib.

Paylaş: