Xəbər axtarın

Son axtarış nəticələri:

Prezident Honkonqdakı yanğınla bağlı Si Cinpinə başsağlığı verib

28.11.2025 15:39

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

Primeinfo.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Honkonqda yerləşən yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

Paylaş: