Xəbər axtarın

Son axtarış nəticələri:

Putin bu şəxsi vəzifəsindən azad etdi

25.11.2025 23:57

Rusiya Prezidenti Vladimir Putin baş prokurorun müavini Gennadi Lopatini vəzifəsindən azad edib.

Primeiinfo.az xəbər verir ki, müvafiq fərman noyabrın 25-də rəsmi hüquqi informasiya saytında dərc olunub.

“Gennadi Borisoviç Lopatin Rusiya Federasiyası Baş prokurorunun müavini vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.

Həmçinin qeyd edilir ki, Prezident Oleq Loqunovu Rusiya Federasiyası Baş Prokurorluğunun Kadrlar üzrə Baş İdarəsinin rəisi təyin edib.

Paylaş: