Xəbər axtarın

Son axtarış nəticələri:

“Qarabağ” – “Çelsi” oyunu öncəsi Qurban Qurbanovdan AÇIQLAMA

04.11.2025 18:37

Bizi çox maraqlı oyun gözləyir. Güclü tarixə malik klubların Azərbaycana gəlməsi, belə futbolçuları Bakıda canlı görmək əlavə stimuldur.

Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Çelsi” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis matça hazırlıq barədə danışıb:

“Pis hazırlaşmamışıq. Sabah mübariz oyun göstərmək istəyirik. Futbolçularıma inanıram. Azarkeşlərimizin razı qalacağına ümid edirəm”.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Paylaş: