Xəbər axtarın

Son axtarış nəticələri:

"Qarabağ"-"Çelsi" oyununun hakimləri AÇIQLANDI

03.11.2025 14:06


Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununun təyinatları müəyyənləşib.

Primeinfo.az-ın məlumatına görə, görüş Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sebastian Gishamer olacaq.

FIFA referisinə Roland Riedel və Santino Schreiner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Schuettengruber, AVAR-da Josef Spurny əyləşəcəklər.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

 

Paylaş: