Xəbər axtarın

Son axtarış nəticələri:

“Qarabağ” Liqada növbəti qələbəsini qazandı

29.11.2025 20:00


Misli Premyer Liqasının XIII turunda “Qarabağ” doğma meydanda “Karvan-Yevlax”a qalib gəlib.

Primeinfo.az-ın məlumatına görə, “Azərsun Arena” baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Ağdam təmsilçisinin heyətində Emanuel Addai (79) və Nəriman Axundzadə (89) fərqləniblər

“Qarabağ” 29 xalla turnir cədvəlinə başçılıq edir. 5 xalı olan “Karvan-Yevlax” isə sonuncu – 12-cidir.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Zirə” “Kəpəz”i 2:0, “Sabah” “İmişli”ni 3:0 hesabı ilə məğlub edib. “Turan-Tovuz” – “Neftçi” görüşündə isə hesab açılmayıb.

Tura noyabrın 30-da yekun vurulacaq.

Paylaş: