Xəbər axtarın

Son axtarış nəticələri:

Ramiz Mehdiyevin kürəkəni sakinlərin həyətini zəbt edib - VİDEO

20.11.2025 14:22

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev Bakıda yaşamadığı binanın həyətini zəbt edib.

Primeinfo.az xəbər verir ki, bu barədə Prime TV-yə BMT-nin 50 illiyi küçəsindəki binanın sakinləri məlumat veriblər.

Qeyd ediblər ki, İlham Əliyev onlar üçün ayrılmış istirahət yerində özünə 5 qaraj tikdirib. Amma o özü burada yaşamır, İstiqlaliyyət 11 ünvanındakı böyük çəhrayı binada yaşayır.

Şikayətçilər Prime TV vasitəsilə aidiyyatı qurumlara müraciət edərək, qarajların Ramiz Mehdiyevin kürəkənindən alınaraq, onlara satılmasını xahiş edirlər.

Paylaş: