
Roma Papası XIV Leo Türkiyədə rəsmi səfərdədir.
Primeinfo.az “A Haber”ə istinadən xəbər verir ki, onun təyyarəsi Ankara Esenboğa Beynəlxalq Hava Limanına enib.
Bu, Roma Papasının Türkiyəyə 11 ildən sonra ilk rəsmi səfəridir.
O, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüş zamanı Türkiyə-Vatikan münasibətləri, regional və qlobal məsələlər, xüsusən də Fələstin məsələsi müzakirə olunacaq.
Papa səfərinin ikinci hissəsində axşam saatlarında İstanbula gedəcək.
Noyabrın 28-də onun Hərbiyədəki Müqəddəs Esprit Katolik kilsəsində dini rəsmilərlə görüş keçirməsi və Fransız Fakirhanesini ziyarət etməsi gözlənilir. Elə həmin gün o, helikopterlə İznikə gedəcək və İznik Şurasının 1700 illik yubiley tədbirlərinə qatılacaq, orada çıxış edəcək.
Papa daha sonra İstanbula qayıdacaq və Vatikan nümayəndəliyində görüşlər keçirəcək.
Papa XIV Leonun ilk xarici səfəri noyabrın 30-da başa çatacaq. O, ikitərəfli münasibətlər tarixində Türkiyəyə səfər edən Roma Katolik Kilsəsinin beşinci rəhbəri olacaq.
Qeyd edək ki, bu, Roma Papasının Türkiyəyə 11 ildən sonra ilk rəsmi səfəridir.

