Xəbər axtarın

Son axtarış nəticələri:

Ronaldo həmkarlarına hədiyyə verdi, onu da yad etdi – FOTO

26.11.2025 18:54

 

Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo dünya çempionatına vəsiqə qazanan milli komanda üzvlərinə xüsusi saatlar hədiyyə edib.

Primeinfo.az xəbər verir ki, saatlar Portuqaliya bayrağının rənglərini əks etdirir.

Məlumata görə, Ronaldo avtomobil qəzasında həyatını itirən sabiq yığma üzvü Dieqo Jotanın ailəsinə Portuqaliyanın Millətlər Liqasındakı qələbəsini xatırladan bir saat hədiyyə edib.

Qeyd olunur ki, bu saatlardan cəmi 35 ədəd hazırlanıb və birinin qiyməti təxminən 31 min dollar (təxminən 52 700 manat) təşkil edir.

Paylaş: