Xəbər axtarın

Son axtarış nəticələri:

Ronaldu Ermənistanla oyundan əvvəl paylaşım etdi

16.11.2025 19:32

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldu DÇ-2026-nın seçmə mərhələsində Ermənistan yığması ilə oyundan öncə paylaşım edib.

Primeinfo.az xəbər verir ki, bu barədə ulduz futbolçu X sosial şəbəkə hesabında paylaşım edib.

“İrəli, komanda. Bu gün və həmişə birlikdəyik. Portuqaliya və bayrağımız üçün!” — Ronaldu qeyd edib.

Qeyd edək ki, Portuqaliya – Ermənistan matçı Portoda “Draqau” stadionunda keçiriləcək. Qələbə qazanacağı təqdirdə portuqallar DÇ-2026-ya vəsiqəni təmin edəcəklər. Ronaldu İrlandiya ilə oyunda aldığı qırmızı vərəqəyə görə matçı buraxacaq.

Paylaş: