
“Səfirlik ərazisi – dövlətin ərazisidir. Ukraynada fəaliyyət göstərən Azərbaycan səfirliyi də Azərbaycan dövlətinin ərazisidir. Əgər səfirliyin yaxınlığına partlamış raketin qəlpələri düşürsə, bu, Azərbaycana qarşı bir təcavüzdür. Sanki Bakıya atılmış raketdir”.
Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” proqramına müsahibəsində bildirib.
O hesab edir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalması məqsədyönlü şəkildə edilib:
“Raketlər verilən koordinasiyalarla atılır və çox dəqiqliklə həyata keçirilir. Bunu biz 44 günlük müharibədə də gördük. Dəqiq yer veriləndə, nöqtə vurulur. Yəni, bunu necə səhv etmək mümkündür? Özü də bir dəfə yox, bir neçə dəfə?
Demək ki, məqsədyönlü şəkildə edilib. Bu, Rusiyanın çirkli siyasətinin nəticəsidir. Bununla sanki bizə təzyiq göstərmək, nəyisə əldə etmək istəyirlər. Amma başa düşmür ki, bu yollar artıq paslanıb, bitib. Azərbaycan indi qüdrətli ölkədir. Azərbaycanla bu cür davranmaq Rusiyaya heç nə vermədi və verməyəcək də”.
Fikrət Yusifovun geniş müsahibəsi “Qırmızı masa” verilişində: