Xəbər axtarın

Son axtarış nəticələri:

"Sabah" U-19 "Nant"a məğlub olaraq turnirlə vidalaşdı

05.11.2025 20:33

Sabah”ın U-19 komandası fransızlara qarşı – FutbolPress.Az

“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi “Nant”la qarşılaşıb.

Primeinfo.az xəbər verir ki, Əlincə sradionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

“Bayquşlar”ın qolunu 88-ci dəqiqədə Anar Hüseynov vurub.

Qeyd edək ki, “Sabah” səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzmuşdu. Komanda UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

Paylaş: