Xəbər axtarın

Son axtarış nəticələri:

Şahin Mustafayev Aleksandr Novak ilə görüşdü

26.11.2025 14:07


Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.

Nazirlər Kabinetindən Primeinfo.az-a bildirilib ki, görüşdə cari il oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verdiyi vurğulanıb.

Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi və yaxşı imkanlar vəd etdiyi qeyd olunub.

Görüş zamanı ticarət-iqtisadi, energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Paylaş: