
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi keçmiş prezident Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyub.
Primeinfo.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.
O qeyd edib ki, Sarkisyana qarşı yeni ittiham irəli sürülüb:
“Bu gün keçmiş prezident istintaq orqanlarına çağırıldı və ona qarşı yeni ittiham irəli sürüldü. 2019-cu ildə baş verən yanlış anlaşılmaya görə Sarkisyanın ölkədən çıxışı məhdudlaşdırılıb. 6 il sonra məhkəməyə yeni müraciət göndərilib və cinayət içi açılıb”.
A.Aşotyan Sarkisyanın dünən 3 dəfə məhkəməyə çağrıldığını vurğulayıb.