Xəbər axtarın

Son axtarış nəticələri:

Şəhid anası müğənnini yıxdı-sürüdü: “Atan qazidir, sən ermənini necə qucaqlaya bildin?” - VİDEO

26.11.2025 16:26


“Samirə Əfəndi özü etiraf edir ki, atası qazidır. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində iştirak edib. Yəqin ki, onun bədənində qəlpə də var, güllə yaraları da. O yaralar görün indi necə sızıldayır”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində Vətən müharibəsi şəhidi leytenant Teymur Abbaslının anası Başxanım Abbaslı bildirib.

O, Qazaxıstanın paytaxtında keçirilən “Silkway Star” musiqi yarışmasının finalında Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndinin Ermənistan nümayəndəsi Saro Gevorkyana ən yüksək xalı (12 bal) verməsi və səhnədə onu qucaqlamasını pisləyib:

“Sənin atan qazidır, gör hansı iztirabları keçirib. Sən o iztirabları görmədin? Bəs Mingəçevirdə yaşayan Sevinc ananı necə unutdun? Bir oğlunu dəfn edib qayıdanda, ikinci oğlunun meyiti gəlib. O Sevincin həyatı puç olub. Sən o ananın adından 12 balı erməniyə necə verdin? Yaxşı, 12 bal verdin, bəs o ermənini necə qucaqlaya bildin?”

 

Paylaş: