Xəbər axtarın

Son axtarış nəticələri:

Şərurda yük maşını yaşlı qadını vurub

27.11.2025 22:05

Şərur rayonunda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb.

Primeinfo.az xəbər verir ki, hadisə rayonun Gümüşlü kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Yusif Əliyev idarə etdiyi “MAZ” markalı yük avtomobilini geriyə sürərkən 1950-ci il təvəllüdlü İsmayılova Leyla Hüseyn qızını vurub. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Paylaş: