Xəbər axtarın

Son axtarış nəticələri:

Tanınmış tiktoker həbs edilib

07.11.2025 16:32

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıqca hörmətsizlik edən, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Primeinfo.az-ın xəbərinə görə, qeyd edilən əməllərə yol verən sosial şəbəkədə “pajiznicesi” səhifəsi işlədən 1998-ci il təvəllüdlü Cəsarət Cavadov Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Onun barəsində məhkəmənin qərarı ilə 60 sutka inzibati qaydada həbs qərarı verilib.

Paylaş: