Xəbər axtarın

Son axtarış nəticələri:

Tədqiqatçı-alim: “Rusiya Ukraynaya strateji məğlub olub” – VİDEO

25.11.2025 13:27


“4 ildir Rusiya Ukrayna ilə savaş aparır. Amma hələ də ruslar paytaxt Kiyevə yaxınlaşa bilməyiblər. Heç Denpr çayının sahillərinə çıxmayıblar”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində tədqiqatçı alim Nazir Əhmədli bildirib.

“Dneprin sol sahilində Donbas, sağ sahilində isə Ukraynanın ən böyük əraziləri yerləşir. Rusiya hələ heç Dneprin son sahilini tam işğal edə bilməyib. Ona görə də Rusiya-Ukrayna cəbhəsində kritik vəziyyətdən danışmaq mümkün deyil”, – o vurğulayıb.

Nazir Əhmədli qeyd edib ki, Ukrayna savaş dönəmində Rusiyaya çox ciddi iqtisadi zərbələr vurub və vurmaqda davam edir:

“Ukrayna bu yaxınlarda Rusiyanın ən iri neftayırma zavodunu da vurub. Həmin zavod ildə 10 milyon tondan artıq neft emal edir. Yəni, Ukrayna ciddi müqavimət göstərməkdə davam edir. Artıq Rusiya dirənib. Fikrimcə, Rusiya strateji baxımdan artıq Ukraynaya məğlub olub”.

Daha ətraflı “Qırmızı masa”da:

Paylaş: