Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə “Daşları toplama zamanı” kitabının təqdimatı keçirilib - FOTO

18.11.2025 11:47

Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetində “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib.

Primeinfo.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov kitabın əhəmiyyətindən danışıb.

O bildirib ki, “İRS” nəşriyyatının nəşr etdiyi bu kitab tarixi əhəmiyyət daşıyır və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.

Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç isə vurğulayıb ki, bu kitab sovet rus imperiyasının çəkdiyi süni sərhədlərin, Qərb və bəzi region ölkələrinin uydurma soyqırım iddiaları ilə Türkiyənin ayağına daş bağlamağa çalışarkən, Şərqi Anadoludakı erməniləri İrəvana yerləşdirərək Azərbaycan mədəniyyətinin və torpaqlarının necə mənimsənildiyinin tarixi sənədidir.

Tədbirdə Qazi Universitetinin rektor müavini Necdet Hayta, “İrs” jurnalının baş redaktoru, publisist Musa Mərcanlı da kitabın önəmindən danışıblar.

“Daşları toplama zamanı” kitabında geniş yer alan Azərbaycan tarixi, torpaqlarından zorla çıxarılan yüz minlərlə soydaşımızın yaşadığı faciələr və tarixi-mədəni irsimizin erməni vandalizminə məruz qalması mövzuları müzakirə olunub.

 

Paylaş: