
Türkiyədə İstanbul Baş Prokurorluğunun məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində 7 məşhurun test nəticələri neqatib çıxıb.
Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, məhkəmə-tibb ekspertizasının analizlər nəticəsində hazırladığı hesabatda tanınmış simalar – Hadisə Açıkgöz, Mert Yazıcıoğlu, Demet Evgar, Özge Özpirinçci, Meriç Aral, Ceren Moray və Duyqu Özaslanın qanlarında narkotik maddə aşkarlanmadığından, onlarla bağlı açılan cinayət işinə xitam verilib.
Qeyd edək ki, Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın qan və saç nümunələrində narkotik maddə aşkarlanıb. İrem Derici, Engin Polat, Ziynet Sali ve Feyza Altunun isə qanlarında stimullaşdırıcı maddə tapılıb.
Xatırladaq ki, istintaq bəzi şübhəlilərin narkotik maddədən istifadə etdiyinə dair əldə edilən dəlillər əsasında başlayıb.