Xəbər axtarın

Son axtarış nəticələri:

Ucarda minik maşını ilə traktor toqquşdu: YARALANANLAR VAR

22.11.2025 14:00

Ucarda yol qəzası olub.

Primeinfo.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai Elantra” markalı minik maşını ilə traktor toqquşub. Hadisə zamanı Ucar rayon sakini, 1964-cü il təvəllüdlü Zöhrab Sabir oğlu Hacıyev və Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Dursun Rövşən oğlu Əhmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hüquq- mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Paylaş: