Xəbər axtarın

Son axtarış nəticələri:

Ukrayna ordusu bu ərazilərdən geri çəkildi

11.11.2025 18:00

Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində beş yaşayış məntəqəsinin yaxınlığındakı mövqelərdən geri çəkilməyə məcbur olub.

Prmeinfo.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı qüvvələrinin Cənub müdafiə qüvvələrinin spikeri Vladislav Voloşin deyib.

“Kütləvi hücumlar, gündə 400-dən çox artilleriya atəşi və sığınacaqların dağıdılması səbəbindən qoşunlarımız Novouspenevski, Novoye, Oxotniçeqo, Uspenka və Novonikolayevkadan geri çəkilməyə məcbur oldular.

Eyni zamanda, Rivnepolye, Solodkoe və Yablokovo uğrunda şiddətli döyüşlər davam edir”, – məlumatda qeyd olunub.

Paylaş: