
Ukraynanın maraqları nəzərə alınmalıdır.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.
“Biz Amerika və bütün tərəfdaşlarla rahat şəkildə işləyəcəyik. İnandıracağam, alternativlər təklif edəcəyəm, amma şübhəsiz ki, düşmənə Ukraynanın sülh istəmədiyini söyləmək üçün heç bir səbəb verməyəcəyik. Gələn həftə asan olmayacaq.
Üzərimizə çoxlu təzyiq olacaq — siyasi və informasiya təzyiqi. Məqsəd bizi daxildən parçalamaqdır. Gəlin birləşək, daxildə bütün məsələləri kənara qoyaq.
Savaşan ölkənin siyasətçiləri bütün məsələləri kənara qoyub dövlət ətrafında bir bayraq kimi birləşməlidir. Bizim aktiv parlamentə ehtiyacımız var”, – Zelenski qeyd edib.
Zelenski 24 fevralda Ukraynaya xəyanət etmədiklərini, bundan sonra xəyanət etməyəcəklərini bildirib:
“Bilirəm ki, xalqım yanımdadır”.