
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb.
Primeinfo.az-ın məlumatına görə, tədbir “Al Janadryah”da təşkil olunub.
Açılış mərasimindəki paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.