Xəbər axtarın

Son axtarış nəticələri:

Voleybol ictimaiyyəti Qubada - FOTO

24.11.2025 10:12

Noyabrın 22-də Quba Olimpiya İdman Kompleksində voleybol komandalarının hazırlığına baxış keçirilib.

Milli Məclisdə Qubanı təmsil edən deputat Əlibala Məhərrəmzadənin ofisindən Primeinfo.az-a verilən bilgiyə görə, məqsəd Quba və ətraf rayonlarln komandalardakı gənc voleybolçuların hazırlığı ilə tanışlıq, onların müxtəlif səviyyəli yarışlara hazırlıqda dəstəklənməsi olub.

Tədbirə Milli Məclisdə Quba rayonunu təmsil edən Əlibala Məhərrəmzadə, Qusar rayonunu təmsil edən Azər Badamov, Sumqayıt–Xızı seçki dairəsini təmsil edən Muşviq Məmmədli, eyni zamanda ölkənin idman ictimaiyyətinin nümayəndələri – Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Sumqayıt Regional Voleybol Klubunun prezidenti Tariyel Alverdiyev, klubun direktoru Ziya Bəylərzadə, klubların məşqçi heyətləri qatılıb.

Toplantı çərçivəsində voleybolun bölgələrdə daha geniş şəkildə inkişaf etdirilməsi, istedadlı gənclərin aşkarlanması və onların peşəkar səviyyədə yetişdirilməsi istiqamətində müzakirələr aparılıb.

Deputatlar idmanın inkişafının gənclərin fiziki və psixoloji hazırlığı üçün vacibliyindən danışıb, bölgələrdəki komandaların dəstəklənməsi üçün üzərlərinə daşən məsələləri xüsusi diqqətdə saxlayacaqlarını bildiriblər.

Paylaş: