Xəbər axtarın

Son axtarış nəticələri:

Vüqar Gülməmmədov: "Gələn il gəlirlər 253 milyondan çox artırılacaq"

04.11.2025 14:23

“Qanun layihəsinə əsasən, növbəti ildə gəlirlər cari ilin eyni göstəricisindən 253 milyon manat çox planlaşdırılır”.

Primeinfo.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

O bildirib ki, Dövlət Neft Fondundan transferin əhəmiyyətli azaldılması fonunda artımın tamamilə vergi daxilolmaları hesabına təmin ediləcəyini ifadə edir:

“Qeyd edim ki, növbəti ildə Dövlət Neft Fondundan transferlər cari ilin proqnozları ilə müqayisədə 1.6 milyard manat azalması nəzərdə tutulur. Növbəti ilin dövlət büdcəsində vergi gəlirləri 21.4 milyard manat təşkil etməklə cari ilin proqnozu ilə müqayisədə 8.9 faiz çox proqnazlaşdırılır.

Onun ümumi gəlirlərdə payının cari ilin proqnoz göstərici ilə müqayisədə 4.2 faiz çox olmaqla 55.4 faizə bərabər olacağı gözlənilir. Dövlət vergi xətti ilə qeyd edildiyi kimi, 2026-cı ildə təminedilməli daxilolmalar 16.9 milyard manat proqnozlaşdırılır. Apardığımız təhlillər göstərir ki, növbəti ildə dövlət vergi xətti ilə daxilolmalar üzrə proqnozlaşdırılan gəlirlərin reallaşmasında ciddi risklər yaranmayacaq”.

Paylaş: