Xəbər axtarın

Son axtarış nəticələri:

“WhatsApp”-da xaricdə işə vədi ilə dələduzluq edən şəxs saxlanılıb

16.11.2025 18:20

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin “WhatsApp” ani mesajlaşma proqramında yaradılan “İş elanları” qrupunda vətəndaşları xaricdə yüksək məvacibli işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, T.İslamov barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş: