Xəbər axtarın

Son axtarış nəticələri:

Yadigar Muradov Milli Onkologiya Mərkəzinə köçürüldü

15.11.2025 20:00

“Atam Milli Onkologiya Mərkəzinə köçürülüb, boğazındakı şişlər beyinə gedən damarı sıxdığına görə qan beyinə laxta formasında gedir. Beyninə qan sızıb. Sağa-sola baxır, bədəni hərəkətsizdir, üz mimikası da yoxdur”.

Primeinfo.az xəbər verir ki, bunu Oxu.az-a Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

O bildirib ki, Yadigar Muradovun vəziyyəti ağırdır:

“Bu vəziyyətdə də həkimlər əməliyyat edə bilmirlər. Təkcə ürəyi işləyir, başqa heç nə”.

Paylaş: