Xəbər axtarın

Son axtarış nəticələri:

Zəngəzur dəhlizi: Horadiz-Ağbənd dəmiryolu tikintisi 68% tamamlandı

13.11.2025 20:09

Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmə 85%, tikinti isə 68% tamamlanıb.

Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Məlumata görə, Böyük Qayıdışı və onun daha böyük regional təsirini səciyyələndirən bu meqalayihə üzrə 8 stansiya, 22 körpü, 2 böyük tunel, ümumilikdə 550-dən çox mühəndis qurğusu inşa olunur.

“Bu xətt həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına təkan verəcək, həm Naxçıvanın nəqliyyat blokadasını sona çatdıracaq, həm də Avropa və Asiyanı birləşdirən növbəti “dəmir köprü” olacaq”, – məlumatda qeyd olunub.

Paylaş: