
Hindistanın tanınmış aktyoru, məşhur “Zita və Gita”-nın ən sevilən aktyoru Dharmendra 90 yaşında vəfat edib.
Primeinfo.az xəbər verir ki, noyabrın 11-i nəfəs darlığı səbəbilə xəstəxanaya yerləşdirilən aktyor bu gün səhər saatlarında ölüb.
Qeyd edək ki, Dharmendra ölkəmizdə sevilən “Bollivud” aktyorlarından olub. O, “Zita və Gita”, “Əlibaba və qırx quldur”, “Qisas və qanun“, “Daş və Çiçək”, “Sevimli Raca” və s. filmləri ilə tanınır.
Xatırladaq ki, Dharmendra “Zita və Gita”dakı tərəf müqabili Hema Malini ilə evli olub.
