Xəbər axtarın

Son axtarış nəticələri:

Bu ölkə Ukrayna ilə birgə dron istehsal edəcək

01.12.2025 16:39

Denis Şmıqal, Ruben Brekelmans

Bu gün Brüsseldə Niderland müdafiə naziri Ruben Brekelmans və onun ukraynalı həmkarı Denis Şmıqal dronların birgə istehsalını nəzərdə tutan saziş imzalayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans “X”də bildirib.

“Yeni mərhələ: Ukrayna və Niderland hər iki ölkədə birgə dronlar istehsal edəcək. Ukraynalı həmkarım Denis Şmıqalla birlikdə “Ukrayna ilə qur” (“Build With Ukraine”) adlı birgə istehsal sazişini imzaladım. Bu, ümumi təhlükəsizliyimizi, dayanıqlığımızı və innovativliyimizi gücləndirir”, – Brekelmans qeyd edib.

Niderlandlı nazir vurğulayıb ki, ölkəsi NATO dövlətlərinin ABŞ-dan Ukrayna üçün silah almasını nəzərdə tutan PURL təşəbbüsü çərçivəsində əlavə 250 milyon avro ayıracaq.

Paylaş: