
“Bu proses yavaş-yavaş dərinə gedəcək. Rusiyanın Azərbaycandakı bütün agent şəbəkəsi ifşa olunacaq, həbslər davam edəcək”.
Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Çünki bu boyda zarafat olmur. Yəqin ki, burada dövlət çevrilişi cəhdi olub. Aydın məsələdir ki, bunu qoça bir adam eləməyib. Yaxud da gedib Moskvada gizlənən biri və ya hakimiyyətin resurslarına əli çox da girməyən müxalifət etməyib. Bunu daha çox hakimiyyətin içində olanlar edib”, – deyə o vurğulayıb.
Əli Mustafa hesab edir ki, Rusiyanın Azərbaycandakı “5-ci kolon”unu ifşa etmək üçün Nazirlər Kabineti də araşdırılmalıdır:
“Araşdırma aparılsa, əminəm ki, orada oturanların böyük hissəsi Rusiyaya bağlı şəbəkənin üzvləridir. Köhnədən çapıb-talayan nazirlərin hamısını orada müşavirdir. Demək ki, onları ora yığan var, himayə edən var. Təbii ki, onların davamçıları da var – tayfaları, övladları var. Elə nazir var ki, 3 icra hakimiyyəti onun tayfasına məxsusdur”.
Davamı “Qırmızı masa”da: