Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-də 1400-dən çox uçuş ləğv edildi

27.12.2025 15:39


ABŞ-nin şimal-şərq bölgəsində müşahidə olunan intensiv qar yağışı səbəbindən 1400-dən artıq aviareys dayandırılıb.

Primeinfo.az xəbər verir ki, kəskin hava şəraiti Milad bayramı ərəfəsində avtomobillə səfərləri də riskli vəziyyətə salıb.

Meteoroloqlar yeni hava dalğasının Nyu-Yorkda son illərin ən güclü qarını gətirəcəyini bildirirlər. Ən ciddi təsir Nyu-Yorkun üç əsas hava limanı ilə yanaşı, Filadelfiya Beynəlxalq Hava Limanında qeydə alınıb.

Bundan əlavə, Qərbi Pensilvaniyanın bəzi ərazilərində buzlanma ilə bağlı xəbərdarlıq edilib. Bu bölgələrdə ağacların aşması və elektrik enerjisinin verilməsində fasilələrin yaranacağı gözlənilir.

Paylaş: