
ABŞ-nin Şimali Karolina ştatının Steytsvill şəhərində təyyarə qəzaya uğrayıb.
Primeinfo.az xəbər verir ki, qəza nəticəsində ölən və yaralıların olduğunu bildirilir. Lakin onların dəqiq sayı hələ açıqlanmayıb.
Regional hava limanında eniş etməyə cəhd göstərən “Cessna C550” tipli biznes təyyarəsi yerə çırpıldıqdan sonra partlayıb.
Hadisə yerində yanğınsöndürənlər də daxil olmaqla təcili yardım xidməti əməkdaşları çalışırlar.
Qəza baş verən hava limanı NASCAR avtoyürüş komandalarına da xidmət göstərirmiş.