Xəbər axtarın

Son axtarış nəticələri:

İtkin düşən balıqçıların kimliyi məlum olub - YENİLƏNİB

10.12.2025 12:34

Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub.

Primeinfo.az-ın xəbərinə görə, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

***

11:23

Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bu barədə Primeinfo.az-a FHN Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Paylaş: