
Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” təliminin dekabrın 25-də Bakıda əsas planlama konfransı olub.
Primeinfo.az xəbər verir ki, Müdafiə Nazirliyində təşkil edilən tədbirdə hər iki ölkənin hərbi nümayəndə heyəti 2026-cı ilin fevral ayında BƏƏ-də keçiriləcək təlimin məqsədi, mərhələlər üzrə yerinə yetiriləcək fəaliyyətlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
“Sülh Qalxanı – 2026” təlimində icra olunacaq tapşırıqlarla bağlı brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Ölkəmizə səfər çərçivəsində BƏƏ nümayəndə heyəti Azərbaycan Ordusunun bir neçə hərbi hissəsini ziyarət edib. Qonaqlara hərbi hissələrdə yaradılan şərait və hərbi qulluqçuların hazırlıq səviyyələri ilə bağlı ətraflı məlumat verilib.