Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanlı hakim Avropa Voleybol Çempionlar Liqasına təyin edildi

08.12.2025 19:28

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova təyinat verib.

Primeinfo.az xəbər verir ki, beynəlxalq dərəcəli referi Türkiyədə keçiriləcək kişi voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin “Ziraat Bankkart” (Türkiyə) və “Tur VB” (Fransa) klubları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq.

Dekabrın 10-dakı matçın baş hakimi serbiyalı Aleksandar Petroviç olacaq.

 

Paylaş: