Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda avtomobil yandı - VİDEO

15.12.2025 20:19

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində avtomobildə yanğın baş verib.

Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Kia” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub”, – deyə məlumatda qeyd edilib.

Paylaş: