
Paytaxtda evlərdən iki meyit aşkar edilib.
Primeinfo.az xəbər verir ki, hadisələrdən biri Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Binəqədi qəsəbə sakini, 1973-cü il təvəllüdlü Zülfüqar Mirislam oğlu Ağayevin meyiti yaşadığı evdə tapılıb. Mərhumun üzərində hər hansı xəsarət izi aşkarlanmayıb.
Oxşar hadisə paytaxtın Nərimanov rayonunda da baş verib. Fətəli xan Xoyski prospekti, ev 146, mənzil 50 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Kafiyə Xeybər qızı Qarayevanın meyiti yaşadığı mənzildə aşkar olunub. Onun da ölümündə zorakılıq əlamətləri müşahidə edilməyib.
Hər iki faktla bağlı müvafiq rayon prokurorluqlarında araşdırma aparılır.