Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda evdən 12 min manat oğurlandı

16.12.2025 14:22


Bakıda evdən 12 400 manat oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Primeinfo.az verilən məlumata görə, Paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib.

Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Paylaş: