
“Grammy” mükafatlı məşhur amerikalı müğənni Beyonce “Forbes”in milyarderlər siyahısına düşən beşinci musiqiçi olub.
Primeinfo.az “Forbes”ə istinadən xəbər verir ki, onun yaratdığı şirkətlər və markalarla birlikdə, əsasən musiqi karyerası boyunca topladığı sərvət 1 milyard dollara çatıb.
44 yaşlı Beyonce bu siyahıdakı beşinci musiqiçi olub.
Dünyanın ən varlı insanlarının yer aldığı siyahıda Beyonce və onun həyat yoldaşı Jay-Z-dən başqa, Taylor Svift, Bruce Springsteen və Rihanna da var.
Qeyd edək ki, 2024-dən digər məşhur amerikalı aktrisa və musiqiçi Selena Gomezin də milyarder olduğu ilə bağlı xəbərlər yayılsa da, o, “Forbes”in milyarder siyahısında yer almır.